Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Londonda Böyük Britaniyanın baş naziri Key Starmerin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell ilə görüşüb. Bu barədə Təhlükəsizlik Şurası məlumat yayıb.
Həmsöhbətlər Ermənistan və Böyük Britaniya arasında ikitərəfli münasibətlərin dinamik inkişafını yüksək qiymətləndirib və onları strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək üçün qarşılıqlı hazır olduqlarını bir daha təsdiqləyiblər. Armen Qriqoryan və Conatan Pauel gündəlikdəki bir sıra mühüm məsələlərə toxunub, gələcək əməkdaşlığın yollarını qeyd ediblər.
Britaniya tərəfi Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmaları alqışlayıb və bunun Ermənistan və Azərbaycan arasında münasibətlərin tam normallaşması istiqamətində mühüm addımlar olduğunu vurğulayıb. Təhlükəsizlik Şurasının katibi regionda bərqərar olmuş sülhün institusionallaşdırılmasının vacibliyini qeyd edib.
Görüş zamanı tərəflər həmçinin regional və beynəlxalq gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.