Dekabrın 18-də ER Parlamentinin sədri Alen Simonyan NATO baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb. Həmsöhbətlər Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülhlə bağlı məsələlər, o cümlədən regional hadisələr və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparıblar. Onlar birgə həyata keçirilən proqramların gedişinə toxunublar. Bu barədə Parlamentinin mətbuat xidməti məlumat yayıb.
Alen Simonyan həmçinin NATO baş katibinin müavininin diqqətini Azərbaycanda əsirlər, qanunsuz saxlanılan şəxslər və itkin düşmüş şəxslər məsələsinə cəlb edib.