Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABC News-a bildirib ki, Moskva və Kiyev uzun müddət davam edən qarşıdurmaya son verə biləcək diplomatik nizamlanmaya yaxındır. Onun sözlərinə görə, tərəflər böhrandan çıxmaq üçün real perspektivin yarandığı mərhələdədir.
Ryabkov əlavə edib ki, “xüsusi hərbi əməliyyatdan qaçmaq mümkün deyildi, çünki hər şey çox yanlış istiqamətdə inkişaf edirdi”. Onun sözlərinə görə, Rusiya sövdələşməyə hazırdır. O, həmçinin bildirib ki, “Rusiya tərəfindən Krım, Donbass və Novorossiya məsələsində ərazi güzəştləri müzakirə edilmir”.
Ryabkovun sözlərinə görə, dünən Berlində ABŞ, Ukrayna və avropalı tərəfdaşlar arasında aparılan danışıqların nəticələri barədə Moskvanın hələ də heç bir fikri yoxdur. O, həmçinin bildirib ki, Rusiya heç bir formada Qərb qoşunlarının Ukraynaya yerləşdirilməsinə razı olmayacaq.