Ermənistanın Baş naziri Nikol Paşinyan elm və texnologiya sahəsində əməkdaşlıq üzrə beynəlxalq konfransda iştirak edib. Bu barədə Baş nazirin Facebook səhifəsində yazıb.
"Nikol Paşinyan Moskvada keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edən hökumət başçıları ilə birlikdə Atom Muzeyini ziyarət etdi. Ölkələrin baş nazirləri muzeyi gəzdilər, muzeydə təqdim olunan eksponatlarla və atom enerjisi sahəsindəki inkişaflarla tanış oldular.
Daha sonra Elm və Texnologiya Sahəsində Əməkdaşlıq üzrə Beynəlxalq Konfrans keçirildi.
MDB ölkələrindən olan gənc alimlər elm və texnologiya sahəsindəki innovativ inkişaflarını təqdim etdilər. Konfransda Ermənistanı təmsil edən alimlər də iştirak etdilər",- bəyanatda deyilir.