Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 9-10-da Almaniya Federativ Respublikasına rəsmi səfər edəcək. Bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan sosial media səhifəsində məlumat verib.
Dekabrın 9-da Baş nazir Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Almaniya Kansleri Fridrix Merts ilə görüşəcək.
Dekabrın 10-da Nikol Paşinyan Hamburqa gedəcək və orada şəhərin meri Peter Çençerlə görüşəcək. Baş nazir Hamburq Ticarət Palatasında yerli iş adamları ilə görüşəcək.