Azərbaycanın müdafiə naziri Zakir Həsənov NATO-nun Avropadakı qüvvələrinin Ali Qərargah rəisinin müavini Yusuf Karagyulenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Söhbət zamanı Azərbaycan ilə NATO arasında hərbi və hərbi təhsil sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, gələcək addımlar müzakirə edilib.
Ə.Həsənov Azərbaycanın alyansla əməkdaşlığa önəm verdiyini vurğulayıb. Nazirin sözlərinə görə, Azərbaycan-NATO əlaqələri peşəkar hərbi kadrların yetişdirilməsinə dəyərli töhfə verir.
Karagyule Azərbaycan ilə NATO arasında əməkdaşlığın genişlənməsini, eləcə də Bakının alyansın əməliyyatlarında iştirakını yüksək qiymətləndirib.