Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
Tərəflər ATƏT-in fəaliyyət məsələlərinə toxunublar.
Regional inkişafla bağlı məsələlər müzakirə olunub. Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülhün daha da institusionallaşdırılmasına toxunulub.
Regional əlaqənin tam potensialının reallaşdırılması məsələsində nazir Mirzoyan TRIP marşrutunun və açıq sərhədlərin tətbiqi yolu ilə daha geniş blokadadan azadlığın təmin edilməsinin vacibliyini vurğulayıb.