Rəsmi səfərdə Yunanıstanda olan ER Parlamentinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 1-də Yunanıstan xarici işlər naziri Giorgos Gerapetritis ilə görüşüb.
Tərəflər ikitərəfli əlaqələr, Ermənistan-AB münasibətləri, eləcə də Ermənistan və Azərbaycan arasında qurulan sülh prosesi və regional inkişaflar, TRİPP və “Sülh kəsişməsi” layhəsi ətrafında fikir mübadiləsi aparıblar.
Alen Simonyan həmçinin Yunanıstan xarici işlər nazirinin diqqətini Azərbaycanda hərbi əsirlər, qanunsuz saxlanılan şəxslər və itkin düşmüş şəxslər məsələsinə də yönəldib.