Rusiya qüvvələri bir gecədə Ukraynaya iri raket və pilotsuz uçuş aparatlarla zərbə endirib. Dronlar Kiyevin ən azı dörd rayonunda yaşayış binalarını vurub.
Şəhər meri Vitali Kliçko 1 nəfərin öldüyünü, 13 yaşlı uşaq da daxil olmaqla 9 nəfərin yaralandığını bildirib. Daha sonra media qurumları daha altı nəfərin yaralandığına dair məlumat yayıb.
Kiyev bölgəsinə də zərbələr endirilib. Brovari rayonunda yaşayış binasında yanğın baş verib, rəsmi məlumatlara görə, azı 3 nəfər xəsarət alıb.
Rusiya qüvvələri Xarkov və Dneprə də zərbələr endirib. Xarkov vilayət səlahiyyətliləri Rusiyanın enerji infrastrukturuna zərbə vurduğunu bildirib, lakin təfərrüatları açıqlamayıb.