Ermənistan Parlamentinin sədri Alen Simonyan ATƏT PA-nın vitse-prezidenti, ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Luis Qrassa (Portuqaliya) ilə görüşdü. ATƏT PA-nın vitse-prezidenti Ermənistanda həyata keçirilən demokratik islahatları müsbət qiymətləndirdi və qeyd etdi ki, onlar bu prosesi dəstəkləməyə davam edəcəklər.
Tərəflər Ermənistan-AB əməkdaşlığı, eləcə də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi və regional inkişafla bağlı məsələlərı müzakirə ediblər.
Alen Simonyan və Luis Qrassa Azərbaycandakı əsirlər, qanunsuz saxlanılan şəxslər və itkin düşmüş şəxslər məsələsinə də toxunublar.