Ermənistan Respublikasının baş naziri Niko Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə Azərbaycanda əsirlərin qaytarılması məsələsinə toxunub.
“Dövlət katibinin müavini ilə görüşdüm və görüş zamanı xüsusi olaraq bu məsələyə toxundum, qeyd etdim ki, prezident Tramp, o cümlədən ictimaiyyət qarşısında bu məsələ ilə bağlı öz öhdəliyi haqqında danışıb və bu məsələ ilə bağlı ikitərəfli səviyyədə gördüyümüz işləri təqdim etdim və ABŞ dövlət katibinin müavinindən ABŞ-ın bu istiqamətdə göstərdiyi səylər barədə məlumat verməsini xahiş etdim və bu məsələni diqqət mərkəzində saxlamağı davam etdirməyi xahiş etdim”.