İstanbulda ATƏT Parlament Assambleyasının 23-cü payız sessiyası çərçivəsində Ermənistan və Azərbaycan parlament nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib.
Bu, 21 oktyabrda Cenevrədə keçirilən müzakirələr zamanı Ermənistan və Azərbaycan parlament sədrləri arasında əldə edilən razılaşma əsasında baş tutub.
Görüşdə tərəflər Vaşinqton Zirvə Toplantısının müsbət rolunu vurğulayaraq əldə edilən razılaşmalar, Ermənistan və Azərbaycan arasında sülhün möhkəmləndirilməsinə yönəlmiş növbəti addımlar barədə fikir mübadiləsi aparıblar.