Rusiyanın Bakıdakı səfiri Mixail Evdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.
Noyabrın 14-də Rusiya Kiyevə silsilə aviazərbələr endirib və nəticədə Azərbaycanın Ukraynadakı səfirliyinə və diplomatik nümayəndəliyin ətrafındakı əraziyə ciddi ziyan dəyib. Şəxsi heyət xəsarət almayıb. Azərbaycan tərəfi bəyanat yayaraq, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan oxşar raket hücumlarının əvvəllər də baş verdiyini qeyd edib.
Hadisədən sonra Rusiyanın TASS agentliyi öz hərbi mənbəsinə istinadən yazıb ki, Kiyevdəki Bakı səfirliyinə dəyən zərərin videogörüntüsünün tədqiqi göstərir ki, Ukraynanın “Patriot” zenit raketi binaya düşüb. Moskva hələ ki, insidentlə bağlı rəsmi reaksiya verməyib.