Macarıstanın xarici işlər naziri Peter Piyarto Beyruta səfəri zamanı Budapeştin Ukraynanı maliyyələşdirmək əvəzinə Livana yardım göndərməyə qərar verdiyini açıqlayıb. Bu, təxminən 1,5 milyon avrodur. Vəsait Livan silahlı qüvvələrinə dəstək üçün ayrılacaq.
Siyartonun sözlərinə görə, Yaxın Şərqdə sülh Macarıstanın milli təhlükəsizliyinin maraqlarına uyğundur və Livanın sabitliyi bunun açarıdır.
Budapeşt Avropa Sülh Fondundakı payının Ukraynanı silahlandırmaq üçün istifadə olunmayacağına aydınlıq gətirib. Bundan əlavə, Macarıstan təhsil və humanitar proqramları dəstəkləmək üçün Livana yarım milyon avro ayıracaq.