“Şimal-Cənub” layihəsinin canlandığı bir mərhələyə qədəm qoymuşuq. Bu il biz Şimal-Cənub yolunun Gümri-Yerevan hissəsini açacağıq, o, artıq praktiki olaraq hazırdır, yalnız bir neçə iş görülməlidir.
Aqarak-Kacaran hissəsi də çox yüksək templə tikilir. Hazırda Sisian-Kacaran hissəsinin tikintisi ilə bağlı çox fəal müzakirələr gedir və Barguşat tunelinin tikintisi layihəsi də xüsusi əhəmiyyət kəsb edir, bununla bağlı son mərhələyə qədəm qoyuruq. Bunu baş nazir Nikol Paşinyan regional əməkdaşlıq üzrə konfransda çıxışı zamanı deyib.
“Bu kontekstdə nəhayət daha bir tarixi hadisənin baş verməsini son dərəcə vacib hesab edirəm: Ermənistan müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq yüklər Azərbaycan dəmir yolu ilə, təbii ki, hələlik Azərbaycan-Gürcüstan-Ermənistan marşrutu ilə Rusiya və Qazaxıstandan Ermənistan Respublikasına daxil olub.
Sovet dövründə bizim Azərbaycandan Tavuş bölgəsi və Syunik bölgəsi ilə birbaşa dəmir yolu əlaqəmiz var idi. Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, Ermənistan bu gün də Türkiyədən yük maşınlarının Marqara, Kornidzor vasitəsilə Azərbaycana və əksinə tranzitini təmin etməyə hazır olduğunu bildirib.
Niyə biz bunu indi təklif edirik, çünki bu gün bu infrastruktur hazırdır, haqqında danışacağım bütün digər hissələrdə bizim siyasi hazırlığımız da mövcuddur, lakin biz hələ ora sərməyələr yatırmalıyıq”.