Siz Azərbaycan prezidentinin dediklərini mənə ünvanlanan sualda təhrif edəndə, sualın əsası aydınlaşana qədər mənim verdiyim istənilən cavab onsuz da yanlışdır. Bunu baş nazir Nikol Paşinyan parlamentin brifinqində Azərbaycan prezidentinin sülhün bərqərar olmasına baxmayaraq, sərt ritorikadan istifadə edərək Sevanı Göyçə və Vardenisi Basargeçar adlandırması ilə bağlı sualı cavablandırarkən deyib.
Paşinyan sualın əsasını aydınlaşdıraraq, qeyd edib: “Azərbaycan prezidenti dedi ki, çar dövrünün xəritəsində Sevan yox idi, başqa ad yox idi, indi mən də deyirəm ki, həmin xəritədə Ermənistan var, Azərbaycan yoxdur.
İndi Azərbaycan prezidenti dedi ki, mən bilmirəm hansı tarixi xəritədə Sevan yazılmır, başqa ad göstərir. Bəli? Mən də sual verirəm, deyirəm ki, geriyə gediriksə, hansı tarixə qayıdıb gedək”, - deyə Paşinyan qeyd edib.