Azərbaycandan Türkiyəyə uçan Türkiyənin C130 hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Məlumatı Türkiyə Müdafiə Nazirliyi təsdiqləyib.
Qeyd olunur ki, axtarış-xilasetmə əməliyyatları Gürcüstan hakimiyyəti ilə əlaqələndirilərək başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev təyyarənin qəzası ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.