8 avqustda baş verənləri tərəddüd etmədən və mübaliğəsiz bir dönüş nöqtəsi adlandıra bilərəm. Bunu XİN başçısı Ararat Mirzoyan bildirib.
Nazir xatırladıb ki, avqustun 8-də Vaşinqtonda Ermənistanın Baş naziri, Azərbaycan prezidenti və ABŞ prezidentinin iştirakı ilə bəyannamə imzalanıb və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi paraflanıb.
Mirzoyanın sözlərinə görə, sənəddə həmçinin bir-birinin daxili işlərinə qarışmamaq, sərhədlərin toxunulmazlığı və regionda əməkdaşlıq prinsipləri də təsbit olunub.
“Mən bu mətnin ictimailəşdirilməsini çox vacib hesab edirəm”.