Gürcüstan Ermənistanla Azərbaycan arasında münasibətlərdəki son hadisələri alqışlayır. Maka Bojorişvili bildirib ki, Tbilisi bu prosesi izləməkdən çox məmnundur.
Gürcüstanın xarici işlər nazirinin sözlərinə görə, regional proseslərin dinamikası kiçik region olmasına baxmayaraq, həm Avropa, həm Asiya, həm də qlobal səviyyədə böyük əhəmiyyət kəsb edən Cənubi Qafqaz üçün yaxşı fürsətdir.
Bojorişvili qeyd edib ki, Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlıq onilliklər boyu davam edən əməkdaşlığa və üçtərəfli layihələrə əsaslanır və bu, Orta Dəhlizə əlavə dəyər verir. Nazirin sözlərinə görə, Gürcüstan layihənin inkişafında əsas rol oynamağa hazırdır.