Müdafiə Nazirliyinin inzibati kompleksində təntənəli qarşılanma mərasimindən sonra Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyan ilə Gürcüstanın müdafiə naziri İrakli Çikovani arasında təkbətək görüş, daha sonra nümayəndə heyətlərinin geniş tərkibdə görüşü baş tutub. Bu barədə Ermənistan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlər Ermənistan-Gürcüstan arasında müdafiə sahəsində mövcud əməkdaşlıq prosesini yüksək qiymətləndirib, iki ölkənin silahlı qüvvələrində aparılan islahatların təfərrüatlarını bir-birinə təqdim edib və razılaşmalar əldə ediblər.
Regional təhlükəsizliklə bağlı məsələlər də müzakirə olunub.