Ermənistan Respublikası Azərbaycan Respublikası prezidentinin Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını alqışlayır. Bu barədə baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan Facebook səhifəsində yazıb.
“Bu addım Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq, regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və Ermənistanla Azərbaycan arasında yaradılmış sülhün institusionallaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir”, – Bağdasaryan yazıb.