Avropa İttifaqı avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaları alqışlayır. Syunikdə jurnalistlərə açıqlama verən Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Vasilis Maraqos Avropa İttifaqının Tramp yolu layihəsinə münasibəti ilə bağlı sualı cavablandırarkən deyib. Səfir Avropanın bu infrastruktur layihəsinə də sərmayə qoymağa hazır olduğunu vurğulayıb.
"Biz təkcə Tramp Yolu layihəsi çərçivəsində deyil, həm də Sülhün kəsişməsi təşəbbüsü kontekstində bütün mümkün vasitə və resurslarımızdan istifadə etməyə hazırıq. Avropa İttifaqı bu təşəbbüsü iki il əvvəl, elan olunduğu vaxtdan alqışladı. O vaxtdan bəri Avropa İttifaqı regionda sülhün yaradılması prosesini ardıcıl olaraq dəstəkləyib. Biz hesab edirik ki, sülh yaxındır və bir çox təfərrüatlar hələ də aydınlaşdırılmalı olsa da, biz Ermənistanın, erməni xalqının və hökumətinin etibarlı tərəfdaşı kimi bu mühüm prosesi dəstəkləmək üçün buradayıq”, - səfir bildirib.