Oktyabrın 10-da ER müdafiə naziri Suren Papikyan Çexiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Petr Pirunçiki və yeni təyin olunmuş hərbi və hərbi hava qüvvələrinin attaşesi, polkovnik-leytenant Jiri Mraçeki qəbul edib. Bu barədə nazir sosial şəbəkədəki səhifəsində yazıb.
“Biz müdafiə sektorunda Ermənistan-Çexiya əməkdaşlığı, regional və beynəlxalq təhlükəsizliklə bağlı bir sıra məsələləri müzakirə etdik”, - nazir yazıb.