Oktyabrın 6-da ER müdafiə naziri Suren Papikyan Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotinini qəbul edib. Bu barədə ER Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş zamanı Ermənistan-Fransa müdafiə əməkdaşlığı, regional və beynəlxalq təhlükəsizliklə bağlı gündəlikdəki məsələlər müzakirə olunub.