ABŞ prezidenti HƏMAS-ın Yaxın Şərqdəki vəziyyətin nizamlanması təklifinə verdiyi cavaba cavab verib. Donald Tramp bu məsələdə ona kömək edən Qətər, Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, İordaniya və digər ölkələrə təşəkkür edib.
"Bu gün əla gündür. Görək hər şey necə olacaq", - o bildirib.
Bundan əvvəl Fələstinin HƏMAS hərəkatı ABŞ prezidentinin Qəzza zolağında müharibəni dayandırmaq planına cavab verib. Qrup sağ qalan bütün israilli girovları azad etməyə və ölənlərin cəsədlərini təhvil verməyə, həmçinin Qəzza zolağının administrasiyasını Fələstin komitəsinə təhvil verməyə razılaşıb.