Fransa prezidenti Emmanuel Makron Ermənistan və Azərbaycan liderlərini sülh prosesində irəliləyişlərə görə təbrik edib.
Kopenhagendə Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçirilən panel müzakirəsi zamanı Makron Ermənistan və Azərbaycan arasında Sülh Bəyannaməsinin imzalanmasının böyük nailiyyət olduğunu bildirib.
Fransa lideri qeyd edib: “Bizim diqqətimiz Cənubi Qafqazda və Qərbi Balkanlarda baş verən hadisələrə yönəlir”.