Baş nazir Nikol Paşinyan Kipr Respublikasının Prezidenti Nikos Xristodulidisə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
"Kipr Respublikasının Müstəqilliyinin 65-ci ildönümü münasibətilə Sizə və qardaş Kipr xalqına Ermənistan xalqı və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Bu gün təkcə ölkənin suverenlik və demokratiyaya gedən yolunu simvolizə etmir, həm də Kipr xalqının öz öz azadlığını, prinsipiallığını müdafiə etmək əzmini qiymətləndirmək fürsətidir.
Ölkələrimizi və xalqlarımızı çoxəsrlik dostluq, qarşılıqlı etimad və ümumi dəyərlər birləşdirir. Yerevanda və Nikosiyada daimi səfirliklərin yaradılması ikitərəfli münasibətlərdə yeni və perspektivli mərhələni qeyd edir, qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə sadiq olduğumuzu bir daha təsdiqləyir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və uğurlar, Kipr Respublikasına davamlı inkişaf və qarşıdan gələn Aİ Şurasına uğurlu sədrlik, qardaş Kipr xalqına isə sülh, birlik və firavanlıq arzulayıram”.