Baş nazir Nikol Paşinyanın Strasburqa səfəri başlayıb. “Lurer”in müxbiri xəbər verir ki,baş nazir Avropa Şurası Parlament Assambleyasına gedib.
Paşinyan əvvəlcə AŞPA sədrinin “Qızıl kitabı”na qeyd edib, sonra binanı gəzib. Baş nazirin AŞPA prezidenti Teodor Russopulosla görüşü davam edir.
Səfər çərçivəsində bir sıra digər görüşlərin də keçirilməsi planlaşdırılır. Sabah isə, sentyabrın 30-da Paşinyan AŞPA-nın dördüncü sessiyasının plenar iclasında çıxış edəcək.