İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirib ki, Vaşinqton bəyanatında vurğulanan beş prinsip var.
“Orada anlaşılmaz məqamlar da olub, lakin ikitərəfli görüşlər və söhbətlər zamanı deyə bilərəm ki, o anlaşılmaz məqamlar aradan qalxıb. Bununla belə, hələ də müzakirə olunmayan detallara aid anlaşılmaz məqamlar var.
Bu gün açıq şəkildə vurğulaya biləcəyim odur ki, Ermənistan hökuməti və hakimiyyət orqanları hər iki ölkənin maraqlarına xidmət etməyən heç bir hərəkət və addım atmayacaqlarını açıq şəkildə bəyan ediblər.
İki ölkənin hakimiyyət orqanları arasında ümumi anlaşma var”, - səfir bildirib.