Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının baş katibi Fernando Arias ilə görüşüb. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Nazir Mirzoyan vurğulayıb ki, Ermənistan Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının mandatının həyata keçirilməsi və bu məqsədlə səmərəli beynəlxalq əməkdaşlıq və mövcud təcrübədən istifadə etməklə Ermənistanın təşkilatın fəaliyyətində fəal iştirakına önəm verir.
Ararat Mirzoyan və Fernando Arias beynəlxalq münasibətlərin dinamik inkişaf edən şəraitində davam edən və yeni çağırışların həlli istiqamətində atılan addımlar barədə fikir mübadiləsi aparıblar.