Ermənistan Parlamentinin sədri Alen Simonyan Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsinə toxunaraq, bunun hazırda müzakirə olunmadığını qeyd edib.
"Hərbi bazanın çıxarılması məsələsi hazırda bizimlə müzakirə olunmur. Bizdə belə söhbətlər olmayıb, bununla bağlı yeni bir şey deyə bilmərəm", - o bildirib.