Rusiya qüvvələri gecə saatlarında Kiyevi PUA və raketlərlə vurub. Bir uşaq da daxil olmaqla azı 8 nəfər həlak olub. Xəsarət alanların sayı 40-ı ötüb. Ümumilikdə Kiyevin 6 rayonunda yüzlərlə obyekt və yaşayış binasına ziyan dəyib.
Ukrayna prezidenti bildirib ki, hazırda axtarış-xilasetmə əməliyyatları davam edir. İnsanlar dağıntılar altında qala bilər. Vladimir Zelenski Rusiyanı danışıqlar əvəzinə bombardmanı seçməkdə ittiham edib.