Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayevlə telefon danışığı aparıb.
“Qırğızıstanın xarici işlər naziri ER XİN rəhbərini Vaşinqton sazişləri ilə bağlı təbrik edib. Ararat Mirzoyan əldə olunmuş razılaşmaların təfərrüatlarını, o cümlədən Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlər və sülh haqqında Sazişin paraflanması və regional infrastrukturun açılmasının yaratdığı imkanları təqdim edib.
Ararat Mirzoyan və Jeenbek Kulubayev ikitərəfli formatda və çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar”.