İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ciddədə Türkiyə və İranın xarici işlər nazirləri arasında görüş keçirilib. Hakan Fidan və Abbas Əraqçi Tehran və Ankara arasında əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
İran tərəfinin bildirdiyinə görə, diplomatlar ölkələr arasında, xüsusilə ticarət, enerji, nəqliyyat və sərhəd təhlükəsizliyi sahələrində əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Regional və beynəlxalq hadisələr müzakirə edilib. Fidan və Əraqçı dalana dirənmiş Tehran-Vaşinqton nüvə danışıqlarını da müzakirə ediblər. Türkiyəli diplomat bu məsələni ABŞ dövlət katibi ilə müzakirə etdiyini bildirib.