Avqustun 25-də səfirlərlə görüş xarici işlər nazirlərinin müavinləri ilə müxtəlif istiqamətlər üzrə müzakirələrlə davam edib. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici işlər nazirinin müavini Vahan Kostanyan koordinasiya sahələrində: Amerika ölkələri, Avropa, qonşu ölkələr, Yaxın Şərqdə baş verən hadisələrə, mövcud nailiyyətlərə və tərəfdaşlığın inkişafı istiqamətində aparılan işlərə toxunub.
Nazir müavini ABŞ ilə ikitərəfli strateji tərəfdaşlığın inkişaf etdirilməsi məqsədilə imzalanmış memorandumların icrası istiqamətində görülən işləri təqdim edib. ER-Aİ tərəfdaşlığı, Aİ-yə üzv dövlətlər və digər Avropa ölkələri ilə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş mövcud təşəbbüslər, eləcə də gələn il Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin Zirvə görüşü ilə bağlı məsələlərə toxunulub.
Müzakirə zamanı İran və Gürcüstanla tərəfdaşlığın inkişaf etdirilməsi ilə bağlı gündəlikdəki məsələlərə istinad edilib.
Yaxın Şərq ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi kontekstində Ermənistan Respublikası hökuməti üçün prioritet sahələr üzrə əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi, iqtisadi komponentin gücləndirilməsi və investisiyaların təşviqi ilə bağlı fikir mübadiləsi aparılıb.
Regional hadisələrlə bağlı da fikir mübadiləsi aparılıb.