Tariximiz boyu başımıza gələn bütün fəlakətlərin səciyyəvi xüsusiyyətlərini öyrənərkən belə qənaətə gəldik ki, bir qayda olaraq, tariximizin ritmini beynəlxalq hadisələrin ritmi ilə uyğunlaşdıra bilməmişik. Bunu Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Ermənistan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri rəhbərlərinin illik müşavirəsi zamanı deyib.
"Vaşinqtonda baş verənlər o deməkdir ki, bizim siyasətimizin ritmi müəyyən beynəlxalq proseslərə uyğunlaşıb və bu, son dərəcə vacibdir və bu, bəlkə də bir neçə əsr ərzində beynəlxalq proseslərə uyğunlaşmaq üçün ilk real imkanımızdır. Və bu, son dərəcə vacibdir", - o deyib.