Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kaspar Veldkampa Hollandiyanın xarici işlər naziri kimi əməkdaşlığa görə təşəkkür edib.
“Əziz dostum Kaspar Veldkampa xarici işlər naziri kimi əməkdaşlığa görə səmimi təşəkkür edirəm.
Biz Ermənistan və Niderland arasında Strateji Tərəfdaşlıq Bəyannaməsində təsbit olunmuş ikitərəfli münasibətlərin inkişafında misilsiz uğurlar əldə etmişik. Sizə, hörmətli Kaspar, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”, - XİN rəhbəri özünün X mikrobloqunda yazıb.