2025-ci ilin iyul ayında Ermənistana 263 592 turist səfər edib, ötən ilin eyni dövründə bu rəqəm 237 603 olub. Bu barədə Ermənistan Respublikasının İqtisadiyyat Nazirliyi məlumat yayıb.

2025-ci ilin yanvar-iyul aylarında Ermənistana ən çox turist səfəri Rusiya (39%), Gürcüstan (14%) və İrandan (8%) qeydə alınıb.
