Ermənistan-Türkiyə sərhədinə gəlincə, biz birbaşa Türkiyə ilə danışıqlar aparırıq və təbii ki, regional proqramlar, yeni proqramın tətbiqi müəyyən təsir göstərəcək. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra jurnalistlərə verdiyi brifinqdə deyib.
“Bəyannaməni şahid qismində ABŞ prezidenti imzalayıb, bu çox vacibdir.
Türkiyə sərhədləri açılmadan Ermənistanın blokunun açılıb-açılmayacağına gəlincə, bu, ən azı bir neçə istiqamətdə baş verə bilər.
Ümid edirəm və əminəm ki, nə vaxtsa Ermənistan-Türkiyə sərhədi də açılacaq.
İstənilən yerə səyahət edən Ermənistan vətəndaşlarına toxunan baş nazir qarşılıqlılıq prinsipini xatırladıb.
“Bəli, sülh dövründə hər kəs turist kimi istənilən yerə gedə bilər”, - baş nazir vurğulayıb.