Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycanın Dağlıq Qarabağdakı abidələri sökməsini tənqid edib.
“Mədəniyyət xadimlərinin abidələrinin sökülməsi, onlara təcavüz, harada baş verməsindən asılı olmayaraq, mənsub olduqları millətdən - erməni, azərbaycanlı, rus, asılı olmayaraq çox mənfi münasibət yaratmaya bilməz”, - Şvıdkoy РБК-yə bildirib.
Rusiya prezidentinin xüsusi nümayəndəsi son vaxtlar mədəniyyət sahəsinin çox siyasiləşməsindən narahat olduğunu bildirib.
"Siyasət indiki zamanda yaşayır, mədəni əlaqələr isə əbədidir və bunu başa düşmək lazımdır", - Şvıdkoy bildirib.
Onun sözlərinə görə, Rusiya Cənubi Qafqaz xalqları - Ermənistan, Azərbaycan və Gürcüstanla çoxəsrlik tarix biləşdirir və bu əlaqələr ləğv edilə bilməz․