MDB Ermənistan və Azərbaycan arasında Vaşinqtonda imzalanmış sənədlərin sülh sazişi üçün əsas olacağına ümid edir, MDB-nin baş katibi Sergey Lebedev deyib.
“Biz Birlik ölkələrində bir vaxtlar Qırğızıstan və Tacikistan arasında dövlətlərarası sərhəd haqqında sazişin imzalanmasını alqışladığımız kimi, indi də hesab edirik ki, bu, Azərbaycan və Ermənistan arasında fikir ayrılıqlarının yekun həlli və sülh sazişinin bağlanması yolunda mərhələlərdən biridir”, - Lebedev bildirib.
Rəsmi əlavə edib ki, sülh sazişi MDB ali orqanlarının iclaslarının Ermənistan və Azərbaycan ərazisində daha dolğun keçirilməsinə imkan verəcək. O, ümidvar olduğunu bildirib ki, bundan sonra Ermənistan və Azərbaycan MDB-nin fəaliyyətlərində daha fəal iştirak edəcəklər.