İran İslam Respublikası üçün Qafqazda sülhün təmin edilməsi strateji prioritetdir və biz Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh danışıqlarını dəstəkləyirik.
Bunu İran prezidenti Məsud Pezeşkian Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransı zamanı deyib.
"İran İslam Respublikasının mövqeyi Qafqazda sərhədlərin dəyişməzliyi ilə bağlı olub və biz hesab edirik ki, bu dəyişikliklər geosiyasi rəqabətə səbəb ola bilər", - İran prezidenti deyib.