Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Oman siyasi məsləhətləşmələri aparmaq üçün Yerevanda səfərdə olan Oman xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Şeyx Xəlifə bin Əli bin İsa Əl-Hartini qəbul edib. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazir Mirzoyan və Şeyx Xəlifə bin Əli bin İsa Əl-Harti iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar ətrafında fikir mübadiləsi aparıblar.
Ötən həftə Vaşinqtonda keçirilən görüşlərin nəticələrinə toxunan nazir Mirzoyan erməni tərəfinin beynəlxalq vəziyyətlə bağlı təsəvvürlərini və regionda davamlı sülhün bərqərar olunmasına baxışını təqdim edib.
Şeyx Xəlifə bin Əli bin İsa Əl-Hərti Ermənistanın xarici işlər nazirini tarixi hadisə münasibətilə təbrik edərək, Omanın regionda davamlı sülh və sabitliyin bərqərar olunması səylərini dəstəkləmək mövqeyini bir daha təsdiqləyib.