Parlamentin sədr müavini Ruben Rubinyan öz Facebook səhifəsində Ermənistanın imzalayacağı hər hansı sazişin nələri ehtiva edəcəyini açıqlayıb.
“Suverenlik, ərazi bütövlüyü və yurisdiksiya əsasında yolların açılması, yəni bizim halda Ermənistandan keçən bütün yollar və infrastruktur ərazi bütövlüyümüz çərçivəsində tam suverenliyimiz və yurisdiksiyamız altında olacaq və hər şey qanunvericiliyimizə uyğun fəaliyyət göstərəcək.
Qarşılıqlılıq əsasında yolların açılması. Yəni Azərbaycan üçün yollar açılırsa, Ermənistan üçün də qarşılıqlı fayda ilə açılır".