Türkmənistanın Türkmənbaşı şəhərində işgüzar səfərdə olan prezident Vahaqn Xaçaturyan erməni kilsəsini ziyarət edib.
Kilsə 1905-ci ildə təqdis olundu, lakin 1920-ci illərin əvvəllərində sovet hakimiyyəti kilsənin günbəzini sökərək onu istehsal müəssisəsinə çevirdi. Son illərdə Türkmənistan hakimiyyəti kilsəni qorumaq və ərazini abadlaşdırmaq üçün bəzi addımlar atıb. Türkmənistan hakimiyyəti də erməni kilsəsini tam bərpa etməyə hazır olduqlarını bildirib.