Hazırda baş nazir Paşinyanın ABŞ-a gözlənilən səfəri ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatları nə təkzib, nə də təsdiq edə bilərik.
“Belə səfərlər olduqda, təbii ki, rəsmi açıqlama var və rəsmi açıqlama olduğu halda məlumat təsdiqlənmiş sayıla bilər.
Hazırda, bildiyiniz kimi, biz heç bir rəsmi açıqlama dərc etməmişik və ona görə də xahiş edirik ki, səfərlə bağlı məlumatı yalnız rəsmi açıqlamadan sonra təsdiqlənmiş hesab edəsiniz”, - şərhdə deyilir.