İyulun 31-də Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Almaniya Federativ Respublikasının səfiri Klaudiya Buşu qəbul edib. Bu barədə Təhlükəsizlik Şurasının Aparatı məlumat yayıb.
Görüş zamanı tərəflər Ermənistan-Almaniya ikitərəfli münasibətlərinin gündəliyində duran məsələləri müzakirə edib, konkret proqramların həyata keçirilməsi istiqamətində görülən işlərə toxunublar. Səfir Buş da öz növbəsində siyasi dialoqun səviyyəsini yüksək qiymətləndirib.
Həmsöhbətlər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.