Rusiya Ukraynaya kütləvi zərbələr endirib. Prezident Vladimir Zelenski Rusiya tərəfinin Ukrayna ərazisinə 300-dən çox PUA və 8 qanadlı raket atdığını bildirib.
Raketlərdən biri Kiyevdə 9 mərtəbəli yaşayış binasına düşüb. Paytaxtda biri uşaq olmaqla azı 6 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.
Rusiya həmçinin 30-dan çox Ukrayna PUA-nı vurduğunu bildirib.