İyulun 16-da Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Böyük Britaniyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Con Qallageri onun diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Katib Qriqoryan səfirə iki dost ölkə arasında əlaqələrin inkişafı istiqamətində göstərdiyi səylərə və fəaliyyəti dövründə müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə verdiyi töhfəyə görə təşəkkür edib, ona yeni uğurlar arzulayıb.
Səfir Qallager missiyası zamanı göstərdiyi dəstəyə görə Təhlükəsizlik Şurasının katibinə təşəkkür edib, RA-Böyük Britaniya münasibətlərinin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Görüş zamanı tərəfkər maraq doğuran digər məsələləri də müzakirə ediblər.