Biz Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq üçün müraciət etmişik və bu, balanslaşdırılmış xarici siyasətimizin məntiqinə uyğun gəlir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı deyib.
"Biz işimizi davam etdirəcəyik. Demək istəyirəm ki, ötən müddət ərzində ŞƏT-də müşahidəçi statusumuz olub. Biz birdən-birə quruma üzv olmaq qərarına gəlməkdən başqa, belə demək mümkünsə, "sıfır” vəziyyətinə düşmüşük.
Dediyim kimi, Ermənistan həm Şimalda, həm Cənubda, həm Şərqdə, həm Qərbdə gözlənilən tərəfdaşdır, bunun əməli ifadəsi olmalıdır. Biz də öz növbəmizdə həm Şimalda, həm Cənubda, həm Şərqdə, həm Qərbdə tərəfdaşlıq istəyirik”, - baş nazir qeyd edib.